"Rəqibi təbrik edir, onlara uğurlar arzulayıram. Ağır oyun olacağını bilirdik. Divizion və Premyer Liqa komandaları arasında böyük fərq var. Uşaqlar mübarizə aparmağa çalışdılar. Bu, nə dərəcədə alındı, özünüz gördünüz".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahavzadə Azərbaycan kubokunun 1/4 finalında "Keşlə"yə uduzduqları (1:3) oyundan sonra mətbuat konfransında deyib.
O, rəqibin təcrübə sayəsində qalib gəldiyini bildirib: "Məğlubiyyətimizdə əsas səbəb təcrübəsizlik oldu. Digər tərəfdən, rəqib futbolçuların ustalıq səviyyəsinin yüksək olması da öz sözünü dedi.
Y.Vahabzadə "Kəpəz"in yeni mövsümdən Premyer Liqada olacağı haqda yayılan xəbərlərə münasibət bildirib: "Bu barədə bizimlə konkret söhbət olmayıb. Belə bir şey olsa belə, 100 faizlik dəyişiklik baş verməyəcək. Hazırda heyətdə gənc futbolçular var ki, onlara böyük ümidlər bəsləyirik. Həmin futbolçuları saxlayacağıq. Məsələn, sol cinah müdafiəçimiz Ümid Səmədovu qeyd edərdim. 2003-ci il təvəllüdlü oyunçudur. İkinci turdan sonra bütün oyunlarda 90 dəqiqə mübarizə aparıb. Tək o deyil. İnandığımız bir neçə futbolçu var. Onların arasında təcrübəlilər də çıxış edir. Premyer Liqaya çıxsaq, onlara da şans veriləcək.
"Kəpəz" Premyer Liqaya qayıtmalıdır. Gəncə kimi futbol şəhəri elitada təmsil olunmalıdır. Bu gün Gəncədə çox işlər aparılır. Yeni meydançalar salındı və komandanın ixtiyarına verildi. Həm biz, həm də aşağı yaş qrupları orada məşq edir. Bilirsiz ki, U-17 komandamız yox idi. Bu ildən onlar da Azərbaycan çempionatına qoşuldu. İşlər görülür. Şəhər rəhbərliyi ilə ayaqüstü görüşümüz olub. Klub rəhbərliyi komandanın Premyer Liqada olmasını istəyir. Çempionat hələ davam edir. Bizə konkret nəsə deyilməyib. Bəlkə də özləri demirlər ki, birdən arxayınlaşarıq".
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi