Topdaşıyan uşaq Mourinyonun dəvətini niyə qəbul etməyib?

Topdaşıyan uşaq Mourinyonun dəvətini niyə qəbul etməyib?
DÜNYA FUTBOLU 30 Noyabr 2019 / 12:40 5316
-  A +

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Tottenhem” - “Olimpiakos”la matçında Mourinyonun topu sürətli şəkildə oyuna daxil etdiyinə görə təşəkkür etdiyi  bolboy (topdaşıyan uşaq) maraqlı açıqlamalar verib.

Qol.az xəbər verir ki, baş verənlərə inana bilmədiyini deyən 15 yaşlı Kallum Heyenes Mourinyonun onu paltardəyişmə otağına dəvət etdiyini ancaq dərslərinə görə evə tələsdiyi üçün bu təklifə yox cavabı verdiyini bildirib:

"Hər şey reallıqdan uzaq idi. Mənim üçün həyatımda heç vaxt unutmayacağım bir şey etdi. Mourinyonun təklifini qəbul etməməyimin səbəbi səhər riyaziyyat imtahanımın olması idi. Evə qayıdarkən yol boyunca dərs oxumuşdum”.

Xatırladaq ki, “Tottenhem”in 4:2 hesabı ilə qalib gəldiyi matçda bolboy autu başlamaq üçün topu dərhal Serju Oryeyə atıb. Bundan sonra London klubu hesabı 2:2 edib. 

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə