UEFA-nın yeni reytinqi açıqlandı

UEFA-nın yeni reytinqi açıqlandı
DÜNYA FUTBOLU 29 Noyabr 2019 / 10:40 3379
-  A +

Avrokuboklarda qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Sevilya"ya səfərdə 0:2 hesabı ilə uduzduğundan ölkəmizin reytinqində dəyişiklik olmayıb. Azərbaycanın bu mövsümdəki əmsalı 3,125-də qalıb.

Son 5 ilin nəticələrinə görə 18,500 xalı olan Azərbaycan 26-cı sırada qərarlaşıb. 25-ci yerdə olan Belarusun 18,875 xalı var. Belarusun avrokuboklarda təmsilçisi qalmadığından, "Qarabağ"ın qrup mərhələsinin son turunda "Düdelanj"a qalib gəlməsi ölkəmizin 25-ci sıraya yüksəlməsinə səbəb ola bilər.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə