Qriqorçuk Ukrayna futbolu tarixinə düşdü

Qriqorçuk Ukrayna futbolu tarixinə düşdü
DÜNYA FUTBOLU 29 Noyabr 2019 / 10:15 4686
-  A +

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda ötən gün “Mançester Yunayted” üzərində qələbə (2:1) “Astana”nın baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, "Qəbələ"nin sabiq çalışdırıcısı “Mançester Yunayted”ə qalib gələn ilk ukraynalı məşqi olub.

Daha əvvəl komandası “qırmızı şeytanlar”la qarşılaşan Valeri Lobanovski (“Dinamo” Kiyev, 0:0, 0:1) Oleq Lujnıy (“Dinamo” Kiyev, 0:4), Yojef Sabo (“Dinamo Kiyev, 2:4) və Yuriy Vernidub (“Zarya”, 0:2, 01) qələbə sevinci yaşa bilməmişdi.

Qeyd edək ki, “Astana” səfərdə keçirilən ilk görüşdə “Mançester Yunayted”ə 0:1 hesabı ilə uduzub.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə