“Neymarı itirməkdən qorxmuram” - Tuhel

“Neymarı itirməkdən qorxmuram” -  Tuhel
DÜNYA FUTBOLU 28 Noyabr 2019 / 18:30 4491
-  A +

“Neymarı  ehtiyatda saxlamaqdan qorxmuram. Onunla danışmışam, zədə səbəbindən  altı həftə oynamayıb. Buna görə də, onun sağlamlığını riskə ata bilməzdik”.

Qol.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Fransa mətbuatına açıqlamasında deyib.

Amaniyalı mütəxəssis komandanın lideri Neymarı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Real”la oyunun (2:2) 46-cı dəqiqəsində əvəzləməsinin səbəbini izah edib. O, braziliyalı futbolçunu qorumaq üçün belə qərar verdiyini deyib: “Bu qərarı həm də onun üçün verdik. Belə qərara görə, Neymarı itirməkdən qorxmuram. Bu oyunun çətin keçəcəyini, müdafiəyə xüsusi diqqət edəcəyimizi bilirdim”.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə