"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının 5-ci turunun "Sevilya" ilə sabahkı oyunu öncəsi İspaniyaya ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- Çox önəmli oyundur. "Sevilya" İspaniyanın üç ən böyük klubundan biridir. Hazırda da La Liqada 3-cü yerdədirlər. "Barselona" və "Real Madrid"lə aralarında 1 xallıq fərq var. "Qarabağ"ın məqsədi növbəti mərhələyə yüksəlməkdir. Bunun üçün şansımız var. Qurban Qurbanovla görüşüm oldu. Komandaya onlardan möhtəşəm oyun gözlədiyimi dedim. Nəticəni heç vaxt bilmək olmaz. Bizə yaraşan meydana həyacan dolu, özünə inanan komandanın çıxmasıdır. Enerjimiz, qoçaqlığımızla "Sevilya"nı təəccübləndirmək istəyirik.
- "Qarabağ" Çempionlar Liqasında İspaniyada "Atletiko" ilə heç-heçə edib. Sabahkı oyunda xal qazanmaq üçün nə lazımdır?
- "Atletiko" və "Sevilya"nın oyun tərzi çox fərqlidir. "Atletiko" ilə oyunlarımız alındı. Əslində, bu, bizə cəsarət verir. "Sevilya" nəhəng klubdur. Amma "Qarabağ" da imkansızları bacarmış klubdur. Komandaya inanıram. Əsas odur, cəsarətli mübarizə aparaq. Sabah futbolçularda bunu görmək istəyirəm.
- "Sevilya" qrupdan çıxmaq tapşırığını həll edib. Bu, "Qarabağ"a maneə olar bilər, yoxsa əksinə?
- "Qarabağ"ı hamı gözəl futbol komanda oynayan komanda kimi tanıyır və buna görə ciddiyə alırlar. Klub prezidenti ilə danışanda da onlar "Qarabağ"ı sürpriz komanda adlandırırlar. Sabah bizə qarşı rahat oynayacaqlarına inanmıram.
- Sabahkı oyun üçün hansı nəticəni düşünürsünüz?
- Heç vaxt nəticəyə baxmamışam. Nəticəyə yox, məndən asılı olanlara baxmışam. "Qarabağ"ın fəlsəfəsi nəticə deyil. Biz sabah möhtəşəm oynamalıyıq. Qorxaq, müdafiə futbolu oynamamalı, lazımı yerdə sözümüzü deməliyik. Elə etməliyik ki, insalar bizi alqışlasınlar. Quran Qurbanovla danışdım. İstəyimiz odur ki, Avropa bizi cəsarətli oyunumuza görə alqışlasın. Nəticə nə olursa, olsun. Məndən nə asılıdırsa, edirəm, qalanı həyatın işidir.
- Futbolçuları oyuna necə motivasiya etmək istəyirsiniz?
- Adətən, Qurbanovun futbolçularla söhbətinə qarışmıram. Amma sabah üçün onlara deyəcək sözüm budur ki, bizi qürurlandırın. Onlara buradan 100 faiz qələbə ilə çıxmağı söyləmirəm. Bunlar hamısı bir az da bəxt, şans məsələsidir. Amma siz sabah "Sevilya" önündə möhtəşəm komanda olduğunuzu göstərməyə borclusunuz.
- Xüsusi qonaqlarınız olacaq?
- Bəli, xaricdən gələn qonaqlarım var.
- Səfirlimizlə əlaqə yaradılıb? Ordan gələn olacaq?
- Xeyr, bura təzə gəlmişik. Yüz faiz əminəm ki, olacaq. Onları gözləyirəm. Lüksemburqda "Düdelanj"la matçdakı biabırçılığın qarşısı almaqda oradakı səfirliyimizin böyük rolu oldu. Əl-ələ verib böyük qüvvə yaratdıq, nəticədə bizdən üzr istədilər. Səfirliyin gəlməyi vacibdir, onlardan dəstək gözləyirik. Nə qədər azarkeşimizin olacağını bilmirəm.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”