La Liqanın 14-cü turunun dünən “Real Sosyedad”a qarşı matçında (3:1) “Real” azarkeşləri komandalarının futbolçusu Qaret Beylə etirazlarını bildiriblər.
Qol.az xəbər verir ki, uelsli futbolçu 67-ci dəqiqədə əvəzetmədən oyuna daxil olarkən və bundan sonra topa hər toxunuşunda fitə basılıb.
Beyl 3-cü qolun vurulması hücumunda iştirak edib. Bu zaman digər “Real”lı Kazemiro qol sevincini uesli futbolçuya bölüşməyə gəlib. Bununla komandada onunla hər hansı problemin olmadığını nümayiş etdirməyə çalışsa da, azarkeşlər yenə sakitləşməyib. Onlar Beyli fitə basmaqda davam ediblər.
Matçdan sonra keçirilən mətbuat konfransında “Real”ın baş məşqçisi Zinəddin Zidan azarkeşləri futbolçulara dəstək olmağa çağırıb: “Onun ətrafında çox söz-söhbət var. Beyl komandamızın bir hissədir. O, bizimlə olmaq və yaxşı oynamaq istəyir”.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi
"Qarabağ”ın İsmaili QOL.az-a nələri danışdı?
“Milan”da qalır