“Səbail”in futbolçusu Ağabala Ramazanov Moldovanın “Şerif” klubundan təklif alıb.
Bu barədə Qol.az-a 26 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.
O, “Şerif”in 3 illik müqavilə təklif etdiyini söyləyib: “Şerif” menecerim vasitəsi ilə mənimlə əlaqə saxlayıb. 3 illik müqavilə təklif ediblər. Ancaq hələlik klublar arasında hər hansı bir danışıq olmayıb. Qərarımı verdikdən sonra klublar arasında digər detallar danışalacaq”.
Milli komandamızın üzvü “Şerif”dən əlavə, Səudiyyə Ərəbistanı və Küveyt klublarından təkliflər aldığını bildirib: “Şerif”dən başqa, Səudiyyə Ərəbistanı və Küveyt klublarından təkliflər var. Özüm də legioner həyatı yaşamaq istəyirəm. Amma dəqiq qərarımı qışda verəcəyəm. Çünki hələ qarşıda “Səbail”lə oyunlarımız var. Ona görə bu haqda çox danışmaq istəmirəm”.
Qeyd edək ki, son Moldova çempionu olan “Şerif” klubu hazırda 70 xalla turnir cədvəlinin vahid lideridir.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda