"Qarabağ"dan ayrıla bilər - Yeni təklif alıb

"Qarabağ"dan ayrıla bilər - Yeni təklif alıb
XƏBƏR 19 Noyabr 2019 / 10:12 5588
-  A +

"Qarabağ"ın bolqarıstanlı futbolçusu Simeon Slavçev karyerasını ölkəsində davam etdirə bilər.

Qol.az-ın  Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, yerli "Levski" klubu 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Sofiya təmsilçisi milliyə çağırıldığı üçün Bolqarıstana gedən S.Slavçevlə danışıq aparıb. "Levski"nin "Qarabağ"ın futbolçusuna sərfəli təklif etdiyi vurğulanıb.

Qeyd edək ki, S.Slavçev ötən ilin yayından Ağdam klubunda oynayır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
21.11.26  09:19

"Bavariya"ya Keyn şoku

topaz banner