"Sabah qrupda son oyunumuzu keçirəcəyik. Bu matçın nəticəsi rəqib üçün daha vacibdir. Çünki qələbə qazanaraq, digər görüşün heç-heçə yekunlaşmasını gözləyəcəklər. Amma biz də uğur qazanmağa çalışacağıq. Komandada motivasiya var. Milli komanda olaraq şərəf üçün oynayacağıq. Cəmi bir xalımız var. Yalnız bir oyunda xal qazanmaq şansımız olmayıb. Rəqibə 1:5 hesabı ilə uduzmuşuq. Yaxşı nəticə üçün gücümüzü meydanda qoyacağıq. Slovakiya güclü rəqibdir. Onlar müasir futbol sərgiləyirlər. İnanırıq ki, yaxşı nəticə qazana bilərik"
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis komandada debütantların meydanda olma ehtimalından da söz açıb: "Heyətdə dəyişiklik olacağı istisna deyil. Bəzi problemlərimiz var. Mahir və Maksimin olmayacağı bəlli idi. Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadır. Bu məşqdən sonra və sabah oyuna qədər hər şey bəlli olacaq. Uelslə gərgin oyundan sonra qeyri müəyyənliklər ortaya çıxır".
Xorvatiyalı məşqçi komandanın motivasiyası ilə bağlı bunları söyləyib: "Belə vəziyyətdə motivasiya olunmaq asan deyil. Rəqib bizə təzyiq edəcək. Biz vəziyyətin nə olmasından asılı olmayaraq Azərbaycan üçün oynayır. Matçın vacibliyini bilirlər. Qrupda cəmi bir xal qazandıq. Bizə müqayisədə rəqiblər daha güclüdür. Evdəki 1:5 hesablı məğlubiyyətdən sonra daha yaxşı nəticə qazanmaq istəyəcəklər".
Yurçeviç deyib ki, qarşılaşma rəqib üçün daha vacibdir: "Oyunçularımız daha sərbəst oynayacaqlar. Yalnız matçın sonunda biləcəyik ki, vəziyyətin belə olması komandaya nə dərəcədə təsir edib. Rəsmi olaraq iki oyundur ki, qol vura bilmirik. Amma Macarıstanla görüşdə hamı gördü ki, təmiz qolumuzu saymadılar. Hazırda hücumçu mövqeyində problemlər var. Ramil Şeydayev, Renat Dadaşov, Mirabdulla Abbasov klublarında müntəzəm oynamırlar. Amma onların qol vurmaq şansları var. Renat çox vacib oyunçudur. Onun imkanları var. Seçmə mərhələnin son matçıdır. Mənim isə müqaviləm fevrala qədərdir. Gələcəklə bağlı nəsə deyə bilmərəm".
Onun sözlərinə görə, Slovakiya ilə böyük komandaya qarşı xal və xallar qazanmaq əhəmiyyətlidir: "Xorvatiya ilə görüşdəki nəticəni təkrarlamaq olar. İnansan hər şey edə bilərik".
Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq (Report).
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”