Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi
XƏBƏR 18 Noyabr 2019 / 19:19 2091
-  A +

Bundesliqa təmsilçisi "Maynts"ın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Axim Bayerlorzer təyin edilib. Onunla 2022-ci ilin yayına kimi müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən  Sandro Şvartsı əvəzləyib.

Qeyd edək ki, Bayerlorzer bu mövsümün əvvəl "Köln"ün baş məşqçisi təyin olunmuş, ancaq 9 gün əvvəl klubla yolları ayırmışdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
21.11.26  09:19

"Bavariya"ya Keyn şoku

topaz banner