İtaliyanın yeniyetmə futbolçulardan ibarət "İnviktasauro" komandasının baş məşqçisi Massimiliano Riççini "Marina Kalço" üzərində 27:0 hesablı qələbə qazandıqları görüşdən sonra istefaya göndərilib.
Qol.az-ın məlumatına görə, belə qərarın səbəbi rəqibə hörmətsizlik olub. Klub prezidenti Paolo Brogelli bildirib ki, belə böyük hesabla qalib gəldiklərini eşitdikdən sonra təsirləniblər: "Belə halın baş verməsindən dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə tam ziddir. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Amma bu, bizim oyunda olmadı".
"Marina Kalço"dan dönə-dönə üzr istəyən Brogelli klub rəhbərliyi olaraq, yekdilliklə Riççinini istefaya göndərdiklərini açıqlayıb: "Məşqçilərimiz təkcə gənc futbolçuları məşq etdirməməli, həm də ilk növbədə, onları tərbiyə etməlidirlər. Bunu "Marina Kalço" ilə oyunda görmədik".
Öz növbəsində Riççini rəqibə hörmətsizlik etdiklərinə dair ittihamları rədd edib. O, yazdığı açıq məktubda rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Hələ ilk 10 dəqiqə ərzində bir neçə qol vurmuşduq. Soyuq və yağışlı havada qalan 80 dəqiqəni oynamamağı rəqibdən xahiş etmək çox alçaldıcı addım olardı. Heç bir əsəbsiz, qayda pozuntusu və sarı vərəqələrsiz çıxış edirdik. Yaranmış vəziyyətdə rəqib həmkarıma kömək təklif etsəm də, o, oyunu davam etdirməyimizi istədi".
Baş məşqçinin fikrincə, idmandankənar hərəkət "Marino Kalço"ya qarşı kobud oyun, alçaldıcı sözlər demək, bir neçə qol vurmasına bilərəkdən şərait yaratmaq olardı. O, belə addımları özünə və futbolçularına yaraşdırmadığını söyləyib: "Bu əhvalatda əsl məğlubiyyət faktları bilmədən ikiüzlülük, saxtakarlıq, mənəviyyatsızlıq göstərməkdir. Belə qovulmağım öz tərəfimdən əvəzsiz qalmayacaq. Futbolçularımı bağrıma basıram. Tezliklə görüşənədək".
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı