"Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi".
Qol.az-ın məlumatına görə, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində səfərdə Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin matçları olub: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynayırdı. Ancaq yaxşı nəticə qazana bildik".
O deyib ki, Azərbaycanla görüş də digər oyunlar kimi çətin keçib. "Bu gün Macarıstan qrupda istirahət edir. Bu növbəti matçda onlara əlavə güc verə bilər. Bu günkü qarşılaşmada bəzi künc zərbələrindən istifafə edə bilmədik, bundan narazıyam".
Giqqz Qaret Beyl və Aaron Remsinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: "Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remsi start heyətdə yox idi. Ona istirahət verdik".
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi
“Real”ın futbolçusuna sərt cəza - Sərxoş halda maşın sürüb
Mudrik "Çelsi"dən "Tottenhem"ə keçdi