“Qarabağ”ın ev oyunlarındakı uğurlu seriyaları qırılıb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Zirə” ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu Premyer Liqanın 2019/20 mövsümündə ilk dəfə öz meydanında xal itirib və qol buraxıb.
Qurban Qurbanovun komandası evdə sonuncu dəfə 2019-cu il martın 9-da xal itirmişdi. Ötən mövsümün “Zirə” ilə qarşılaşmasında qolsuz heç-heçə edən ağdamlılar bundan sonra ardıcıl 8 qələbə qazanıb. “Qarabağ” ötən mövsümdə “Sabah” (3:0), “Keşlə” (3:0), “Səbail” (4:0), cari çempionatda isə “Qəbələ” (3:0), “Neftçi” (2:0), “Sumqayıt” (2:0), “Sabah” (2:0) və “Səbail” (1:0) üzərində qələbələri sıralayıb.
246 gündən sonra evdə xal itkisi ilə üzləşən Ağdam təmsilçisi quru hesabla qalib gəldiyi 8 matç, həmçinin “Zirə”ylə ötən mövsümdəki görüşdə qol buraxmamışdı. Evdə ardıcıl 9 quru oyun keçirən komanda sonuncu dəfə 266 gün əvvəl - fevralın 17-də “Qəbələ”dən qol buraxıb – 2:1.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi