Kanadanın Toronto şəhərində azərbaycanlı icmasını təmsil edən "Qarabağ" futbol komandası bu mövsümdə Həvəskarlar Liqasının (Saturday Division) çempionu olub.
Qol.az xəbər verir ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. Bildirilir ki, komitənin təşəbbüsü ilə Azərbaycanın "Qarabağ" futbol klubu Kanadadakı eyni adlı komandanın üzvlərini idman formaları ilə təmin edib.
Bu diqqətdən və futbolçu həmrəyliyindən daha da ruhlanan komanda çempionatı qalibiyyətlə başa vurub.
"Qarabağ" futbol komandası Vaterloo Universitetində oxuyan azərbaycanlı tələbələrin təşəbbüsü və səyi nəticəsində yaranıb. İlk dövrdə universitetin nəzdində oynayan "Qarabağ" hazırda 3 mindən çox üzvü olan “Toronto Soccer Connection” tərəfindən təşkil olunan liqaya qoşulub.
Komandanın tərkibində soydaşlarımızla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Meksika, Hindistan və Kolumbiyadan olan həvəskar futbolçular da təmsil olunurlar.
Kadinin cəzası açıqlandı
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu
Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza
"Dinamo" və "Ağstafa Gəncləri" mövsümə qələbə ilə başladı
2-ci liqada 2-ci turun oyun cədvəli açıqlandı
Əsas heyətə düşə bilmədi, komandadan getdi
Bu yayın ən çox transfer edən klubları bilindi
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Mbappeni qaçırmağa hazırlaşan şəxs saxlanıldı
"Neftçi" onunla yolları ayırdı - Rəsmi