"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprdə APOEL-lə keçirəcəyi matçdan sonra Azərbaycan UEFA reytinqində irəliləyə bilər.
Bu, Ağdam təmsilçisinin qələbə qazanacağı təqdirdə gerçəkləşəcək. Hazırda 18,500 xala malik Azərbaycan avrokubokda təmsilçisi olmayan Belarusu (18,875) geridə qoyaraq 26-cı yerdən 25-ci pilləyə yüksələcək. "Qarabağ" APOEL-ə qalib gəlsə, Azərbaycan 24-cü pilləyə də yüksələ bilər. Amma bunun üçün Qazaxıstan "Astana"sı evdə Hollandiya AZ--sinə uduzmalıdır.
Nikosiyadakı görüşdən sonra kiprlilər də UEFA reytinqində yüksələcəklər. Hazırda 25,250 xalla 16-cı olan ada-dövlət APOEL-in qələbəsi sayəsində 15-ci yerdəki Yunanıstanı (25,300) geridə qoyacaq. Elladalıların avrokubokdakı yeganə təmsilçisi "Olimpiakos" ötən gün Çempionlar Liqasının qrup mərhləsinin IV turunda "Bavariya"ya Almaniyada 0:2 hesabı ilə uduzub və ölkə reytinqinə xal qazandıra bilməyib.
Qeyd edək ki, bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq (“Report”).
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə