"Tottenhem" futbolçusu Son Hın Min İngiltərə Premyer Liqasının 11-ci turunda "Everton"la matçda qırmızı vərəqə aldığı üçün apellyasiya şikayəti verib.
Qol.az-ın xəbərinə görə, bu barədə Britaniya mətbuatı yazıb. 27 yaşlı hücumçunun 79-cu dəqiqədə rəqib futbolçu Andre Qomeşlə toqquşmasından sonra əvvəlcə görüşün baş hakimi Martin Atkinson Sona sarı vərəqə göstərib. Ancaq portuqaliyalı yarımmüdafiəçinin ayağının qırıldığı məlum olduqdan sonra referi qərarını dəyişib və cənubi koreyalını qırmızı vərəqə ilə meydandan qovub.
Əgər İngiltərə Futbol Federasiyası qırmızı vərəqəni ləğv etməsə, o zaman Son üç oyunluq cəzalandırılacaq.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi