"Bavariya" baş məşqçisi Niko Kovaçla yolları ayırıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Komandanın Bundesliqanın 10-cu turunda səfərdə "Ayntraxt"a 1:5 hesabı ilə uduzmasından sonra bu qərar verilib. Münhen təmsilçisini Çempionlar Liqasında "Olimpiakos" və Bundesliqada "Borussiya" ilə oyunlara Kovaçın köməkçisi Hans Flikin çıxaracağı bildirilib.
Qeyd edək ki, komanda hazırda ölkə çempionatında 18 xalla 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, N.Kovaç 2018-ci ildən "Bavariya"nı çalışdırırdı.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir