"Bavariya"nın daha bir müdafiəçisi əməliyyat olundu

"Bavariya"nın daha bir müdafiəçisi əməliyyat olundu
DÜNYA FUTBOLU 24 Oktyabr 2019 / 22:11 1678
-  A +

“Bavariya”nın zədəli müdafiəçisi Lukas Hernandes  əməliyyat olunub.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçinin əməliyyatının uğurlu alındığı bildirilib.

İspaniyalı futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl “Bavariya”nın daha bir müdafiəçisi Niklas Züle də zədə səbəbindən əməliyyat olunmuşdu. O, 6 ay meydana çıxa billməyəcək.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır