Çili millisinin və "İnter"in futbolçusu Aleksis Sançes topuğundan əməliyyat olunub.
Qol.az-ın İtaliya klubunun saytına istinadən yaydığı xəbərə görə, əməliyyat müvəffəqiyyətə keçib. Onun bərpa müddətinin ən azı 3 ay çəkəcəyi bildirilib. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu üçün 2019-cu il erkən başa çatıb.
Qeyd edək ki, Sançes Kolumbiya ilə yoxlama oyununda (0:0) zədələnib.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi