"Ailə ilə vidalaşmaq çox ağırdır" - Mourinyo

"Ailə ilə vidalaşmaq çox ağırdır" -  Mourinyo
DÜNYA FUTBOLU 30 Sentyabr 2019 / 14:29 4879
-  A +

Portuqaliyalı məşqçi Joze Mourinyo gələcəkdə yenidən İtaliyada çalışmaq ehtimalını dəyərləndirib.

Qol.az xəbər verir ki, İtaliyada "Tiki-Taka" proqramına qatılan 56 yaşlı mütəxəssis belə bir fikirdə olmadığını deyib:

"Gələcəyimin İtaliyaya aid olduğunu düşünmürəm. "İnter" mənim evim, ailəmdir. Moratti yaxın dostumdur. Madriddəki finaldan sonra "San-Siro"ya qayıtsaydım, "İnter"dən heç vaxt ayrılmazdım. Ailə ilə vidalaşmaq çox ağırdır".

Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə "İnter"i çalışdırıb və komandanı Çempionlar Liqasının qalibi edib.

Son xəbərlər