Terim derbi öncəsi danışdı - "Hazırıq"

Terim derbi öncəsi danışdı - "Hazırıq"
DÜNYA FUTBOLU 26 Sentyabr 2019 / 17:27 5382
-  A +

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının 6-cı turunda evdə “Fənərbaxça” ilə oyun öncəsi açıqlama verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  66 yaşlı mütəxəssis İstanbul derbisinə hazır olduqlarını deyib:

“Ötən il fərqli bir oyun oynadıq. Daha yaxşı nəticə ilə ayrıla biləcəyimiz bir matç 2:2 hesabı ilə bitdi. Bu həftə azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyimizə inanıram. Hamımız oyuna hazırıq”.

O, sıx oyun qrafiki ilə əlaqədar futbolçuların əvəzlənməsi ilə bağlı da danışıb: “Onlar həftədə 3 matçda oynamağa alışacaqlar. “Qalatasaray”da oynayan futbolçunun bəhanəsi ola bilməz”.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" görüşü sentyabrın 28-i keçiriləcək.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu