"Ronaldonun zədələnməyi normaldır" - Sarri

"Ronaldonun zədələnməyi normaldır" -   Sarri
DÜNYA FUTBOLU 25 Sentyabr 2019 / 14:35 3085
-  A +

"Yuventus"un baş məşqçisi Maurisio Sarri Kriştiano Ronaldonun zədəsindən danışıb.

Qol.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında portuqaliyalı hücumçunun sıx oyun qrafikinə görə zədələndiyini deyib:

"Bəzi futbolçuları əvəzləyib-əvəzləməyəcəyim haqda düşünəcəyəm. Ronaldo əzələsini yüngül zədələyib. Bu, 7 günə 3 oyun üçün normaldır. Futbolçularımın uyğunluğunu yoxlayacağam".

Qeyd edək ki, "Yuventus" A Seriyasında hazırda 13 xalla liderdir.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu