"Çelsi"nin müdafiəçisi 1 ay oynamayacaq

"Çelsi"nin müdafiəçisi 1 ay oynamayacaq
DÜNYA FUTBOLU 25 Sentyabr 2019 / 12:17 1404
-  A +

“Çelsi” ciddi itki ilə üzləşib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın futbolçusu Emerson Palmieri sıradan çıxıb. İngiltərə Premyer Liqasının 6-cı turunda “Liverpul”la matçda (1:2) zədələnən italyan müdafiəçinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bu isə o deməkdir ki, Emerson “Çelsi”nin Çempionlar Liqasının 2-ci turunda “Lill”lə qarşılaşacağı səfər oyununda iştirak etməyəcək. “Lill” – “Çelsi” matçı oktyabrın 2-də keçiriləcək.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu