Çempionlar Liqasının final oyunlarının keçiriləcəyi şəhərlər açıqlandı

Çempionlar Liqasının final oyunlarının keçiriləcəyi şəhərlər açıqlandı
DÜNYA FUTBOLU 24 Sentyabr 2019 / 22:50 5792
-  A +

Çempionlar Liqasının qarşıdakı mövsümlərində final matçlarına ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin İcraiyyə Komitəsinin Lyublyanada keçirilən iclasından sonra mətbuat konfransında məlumat verib.

O, ÇL-in 2021-ci ildəki finalının Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda olacağını deyib. 2022-ci ilin finalı Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. 2023-cü ildə isə həlledici matç Londonda “Uembli” stadionunda oynanılacaq.
 
Çeferin 2021-ci ildə Avropa Liqasının final matçının keçiriləcəyi arenanı da açıqlayıb. Qarşılaşma İspaniyanın “Sevilya” klubunun ev oyunlarını keçirdiyi “Ramon Sançes” stadionunda olacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq