Kasilyasdan karyerası ilə bağlı açıqlama

Kasilyasdan karyerası ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 24 Sentyabr 2019 / 22:35 3575
-  A +

“Məndə hər şey qaydasındadır. Tədricən fiziki formamı yığıram. Bu, ləng gedən prosesdir. Ancaq infarkta görə qəbul edilən dərmanlar insanı ehtiyatlı olmağa vadar edir”.

Qol.az xəbər verir ki, bu sözləri “Portu”nun qapıçısı İker Kasilyas “Marca”ya açıqlamasında deyib.

İspaniyalı qolkiper səhhəti qaydasına düşməsə, karyerasını bitirəcəyini bildirib: “Həkim mart ayına qədər durumuma nəzarət edəcək. Əgər oynamağım riskli olsa, karyeramı bitirəcəm. Bunu çox sakit şəkildə qəbul edəcəyəm”.

Xatırladaq ki, Kasilyas bu ilin may ayında infarkt keçirmişdi. Onun klubu ilə 1 illik müqaviləsi var.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq