Fati seçimini etdi - İspaniya, yoxsa Portuqaliya?

Fati seçimini etdi - İspaniya, yoxsa Portuqaliya?
DÜNYA FUTBOLU 19 Sentyabr 2019 / 16:51 7695
-  A +

“Barselona”nın futbolçusu Ansu Fati sabah İspaniya vətəndaşlığı alacaq.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, 16 yaşlı hücumçunun Braziliyada keçiriləcək dünya çempionatında İspaniyanın U-17 millisində oynamağı planlaşdırılır.

Qvineya-Bisauda doğulan Fatinin Portuqaliya yığmasında da oynamaq variantı olub, amma o, İspaniya millisini seçib.

Qeyd edək ki, A. Fati  bu mövsüm oynadığı 3 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner