İtaliyanın “La Gazetta Dello Sport” nəşri A Seriyasında ən çox qazanan baş məşqçilərin adlarını açıqlayıb.
Qol.az xəbər verir ki, “İnter”in çalışdırıcısı Antonio Konte ən yüksək ödənişli baş məşqçidir. 50 yaşlı mütəxəssis illik 11 milyon avro maaş alır. İkinci sırada yer alan “Yuventus”u çalışdıran Mauritsio Sarri Kontedən iki dəfə az qazanır - 5,5 milyon avro.
“Napoli”nin baş məşqçisi Karlo Ançelotti isə 5 milyon avro məvaciblə 3-cü sıradadır.
1. Antonio Konte ("İnter") – 11 milyon avro
2. Mauritsio Sarri ("Yuventus") – 5,5
3. Karlo Ançelotti ("Napoli") – 5
4. Sinişa Mihayloviç ("Bolonya") – 3
5. Paulo Fonseka ("Roma") – 3
6. Canpyero Qasperini ("Atalanta") – 2,5
7. Marko Campaolo ("Milan") – 2
8. Simone İnzaqi ("Latsio") – 2
9. Eusebio Di Françesko ("Sampdoriya") – 1,8
10. Valter Matssari ("Torino") – 1,8
Daha 2 il "Sumqayıt"da
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı