"İnstaqram"da ən çox izlənilən futbol klubları

"İnstaqram"da ən çox izlənilən futbol klubları
DÜNYA FUTBOLU 29 Avqust 2019 / 10:59 4684
-  A +

"İnstaqram"da ən çox izləyici olan futbol klublarının adı açıqlanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsinə "Real" (76.6 milyon izləyici) qərarlaşıb. "Barselona" 76.1 milyonla ikinci olub.

Ötən illə müqayisədə 3-cü pillədə dəyişiklik olub. "Yuventus" "Mançester Yunayted"i qabaqlayıb. 2018-ci  il 10 milyon izləyicisi olan Turin klubunda bu rəqəm 31.1 milyona yüksəlib. Bu artıma Kriştiano Ronaldonun "Yuventus"a keçməsinin səbəb olduğu bildirilib. Portuqaliyalı hücumçunun "İnstaqram"da 181 milyon izləyicisi var.


Qarabağ FK
Son xəbərlər
topaz banner