“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək karyerası ilə bağlı danışıb.
Qol.az xəbər verir ki, alman mütəxəssis İtaliyanın “Gianluca di Marzio” qəzetinə verdiyi müsahibədə kayrerasını gözləniləndən tez başa vura biləcəyini deyib:
“Yaxın 2-3 ildə nələrin baş verəcəyini demək çətindir. Ola bilər ki, karyeramı bitirim. Bu o demək deyil ki, dediklərim mütləq olacaq, amma reallaşacağı təqdirdə heç kim təəccüblənməsin”.
Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində “Maynz” və Dortmund “Borussiya”sını da çalışdırıb. 2015-ci ildən “Liverpul”da işləyən 52 yaşlı mütəxəssisin klubla 2022-ci ilə qədər müqaviləsi var.
"Zirə"dən yeni transfer
Ronaldodan daha bir ilk
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
Daha 2 il "Sumqayıt"da
DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu