"Yuventus"un futbolçusu rəsmən "Mançester Siti"də

"Yuventus"un futbolçusu rəsmən "Mançester Siti"də
DÜNYA FUTBOLU 8 Avqust 2019 / 13:55 3391
-  A +

"Yuventus"un futbolçusu Joau Kanselunun "Mançester Siti"yə keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisinin 5 il ərzində "Yuventus"a 37 milyon avro ödəyəcəyi bildirilib.

Bundan başqa, razılğa əsasən "Mançester Siti" Konseluya görə futbolçusu Danilonu "Yuventus"a pulsuz verib. Turin klubu 28 yaşlı oyunçu ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Kanselu ötən mövsüm "Yuventus"da  42 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner