“Neftçi”nin baş məşqçisi Roberto Bordin komandanın zədələnmiş əsas futbolçularından danışıb.
Qol.az-ın xəbərinə görə, o, bu gün keçirdiyi mətbuat konfransında Emin Mahmudov, Ömər Buludov və Baqali Dabonun son durumları haqda məlumat verib: “Eminlə Ömər artıq komandayla ümumi məşq edirlər. Dabo isə iki gündü komandayla hazırlığa qatılıb. Ancaq fikrimcə, hələ yüz faiz hazır deyil. Sevinirəm ki, artıq komandanın yanındadır”.
Bordin bildirib ki, çox güman Avropa Liqasının üçüncü təsnifat mərhələsinin İsrail “Bney Yehuda”sına qarşı matçda Dabo ehtiyat oyunçular skamyasında yer alacaq.
“Rauf Əliyev son 4 oyunda mübarizliyi ilə seçilir. Dabo qayıdandan sonra necə olacaq” sualına Bordinun cavabı belə olub: “Rauf meydançada çox vuruşur, əzmkarlıq göstərir. Son oyunda vacib qol vurdu ki, bu da komandaya daha da motivasiya verdi. Əlbəttə, hər bir baş məşqçi üçün xoşdur ki, bütün heyət əlinin altındadır. Növbəti oyunlarda məşqlərə baxaraq ən yaxşı "11-liy"i quracağıq”.
PSJ-də şok itki
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video
“Mançester Yunayted”dən ayrıla bilər
"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
Meydanda zədələndi, xəstəxanaya aparıldı
“Bu gün qələbəyə layiq olan tərəf biz idik” - Yeton Bekiri
Nadal “Real”da yeni vəzifəyə seçildi
“Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
“Turan Tovuz”un qələbəsindən - Video
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
“Belə hallara yol vermək olmaz” - Kurban Berdiyev
"Real" satılacaq, ya yox?
"Şəfa" - "Qəbələ": Heyətlər
İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
Olise də sıradan çıxdı
İngiltərə klubundan baş məşqçi qərarı
"Şamaxı" - "Turan Tovuz": Heyətlər
İmaməddin Xəlilov dünya 3-cüsü oldu
10 ölkə İnfantinoya dəstək verdi
"Artıq hədəfimiz çempionluqdur" - Video
"Çelsi" azarkeşlərinə görə cərimələndi
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi