"Rəqibin oyuna nəzarət etmək bacarığını bilirdik. Oyuna yaxşı başladıq, onlara bizə yaxın oynamağa imkan vermədik. İkinci hissənin ilk 10-15 dəqiqəsində oyunu əldən verərkən hər şey çətinləşdi. Oynamağa fürsət tapa bilmədik və ikinci qolu da buraxdıq. Oyunçularım bunu dəf etmək üçün çox çalışdılar. Son dəqiqədə vurduğumuz qolu bəyəndim. Futbolçularıma inanıram və ora mübarizə aparmaq üçün gedəcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in baş məşqçisi Paolo Trametsani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları ilk matçdan sonra keçirilən mətbuat konfransında deyib.
"Hər zaman sistem haqda danışırsınız. Sizin fikrinizdir və buna hörmət edirik. Bizim üçün yaxşı olan sistemlə oynadıq. Qol buraxıb-buraxmayacağımızı heç vaxt bilə bilmərik. Futbolçuları tanıyıram və rahat hiss etdikləri sistemlə oynadıram. İlk hissədə hücumda olduq, ancaq şansları dəyərləndirə bilmədik. Bundan sonra rəqib əks-hücumlar etdi. Sürətli hücumlar təşkil edən komandaya qarşı oynamaq çətindir" - deyə o bildirib.
Trametsani buraxılan qola qədər oyuna nəzarət etdiklərini vurğulayıb: "Bu topa çox təəccübləndik və üzüldük. Futbolçularımla danışdım, onları təbrik etdim. Nəticəyə görə məsuliyyəti mən öz üzərimizə götürürəm. Sabahdan hazırlığa başlayacağıq. Xəyalımızın bitmədiyinə inanırıq".
O, cavab matçında hansı dəyişiklər edəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Düşünürəm ki, çox şeyi dəyişməyəcəyik. Bu axşam çoxlu qol şansı yaratdıq. Son zərbələrin üzərində çalışmalıyıq.Daha hazırlıqlı olmaq üçün ilk oyundakı təcrübələri sınaya bilərik. Çətin olacağını və futbolçularım əsəbi olduğunu bilirəm. Ancaq ötən ildən indiyə kimi nə qədər çalışdığımızı bilirəm. Avropada mübarizəni davam etdirəcəyimizə son saniyəyə qədər inanıram".
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu