“Yuventus” braziliyalının transferini açıqladı

“Yuventus” braziliyalının transferini açıqladı
DÜNYA FUTBOLU 6 Avqust 2019 / 21:45 4128
-  A +

“Yuvetus”a keçəcəyi gözlənilən “Mançester Siti”nin futbolçusu Danilo artıq Turindədir.

Qol.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Braziliyalı müdafiəçinin bugünlərdə tibbi müayinədən keçəcəyi ardınca onunla müqavilə imzalanacağı bildirilib.

İki klub arasında razılığa əsasən, “MS” “Yuventus”dan aldığı Joao Kanselunun qarşılığında  Danilonu Turin klubuna verib. Bundan başqa,  “şəhərlilər” "Yuventus"a 28 milyon avro təzminat da ödəyəcək.

Qeyd edək ki, Konselonun "Mançester Siti"də ilinə 4.5 milyon avro, Danilonun isə "Yuventus"da 3.5 milyon avro qazanacağı iddia olunur.

Son xəbərlər