Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL - “Qarabağ” oyunu Azərbaycan futbol tarixinə düşə bilər.
Premyer Liqanın son çempionu Kipr səfərində qalib gəlsə, bu, klublarımızın avrokuboklarda 100-cü qələbəsi olacaq.
Yubiley qələbəsinin astanasında olan klublarımız indiyədək 99 dəfə rəqiblərinə qalib gəlib. Bu, keçirilən 338 oyunda qeydə alınıb. Əsas və əlavə vaxtın nəzərə alındığı statistikaya əsasən komandalarımız daha çox Avropa Liqasında (əvvəl UEFA kuboku) sevinib – 67 dəfə. 23 qələbə Çempionlar Liqasına, doqquzu isə İntertoto kubokuna təsadüf edib. Təmsilçilərimiz yalnız Kuboklar kubokunda qalib gəlməyi bacarmayıblar. 99 qələbədən dördü qrup mərhələsinə, qalanları təsnifat mərhələlərində rəsmiləşib.
100-cü qələbəni qazanmaq imkanına malik olan “Qarabağ” yubiley uğurunun müəllifi ola bilməsə, əlamətdar hadisə ən azı ikigünlük təxirə salınacaq. Avqustun 8-də Avropa Liqasında mübarizəni davam etdirən “Neftçi” İsrailin “Bney Yehuda” klubunu qəbul edəcək.
İndiyədək əldə olunan 99 qələbəyə 12 klub imza atıb. “Qarabağ” hamıdan çox – 38 dəfə sevinib.
Qeyd edək ki, Azərbaycan klublarının ilk qələbəsini 1996/97 mövsümündə “Neftçi” qazanıb. Bakılılar Bolqarıstan təmsilçisi “Lokomotiv”i (Sofiya) evdə 2:1 hesabı ilə üstələyiblər (APA).
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer
Stefan El-Şaaravinin yeni klubu açıqlandı