"Qarabağ"ın aqressiv futbol oynadığını bilirik" - Savvas Gentoqlu

"Qarabağ"ın aqressiv futbol oynadığını bilirik" -  Savvas Gentoqlu
XƏBƏR 5 Avqust 2019 / 21:59 7347
-  A +

"Bizi çətin mübarizə gözləyir. Qarşıda çətin oyun var. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. 90 dəqiqə oyuna köklənməli və vəzifəmizi yerinə yetirməliyik"".

Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in futbolçusu Savvas Gentoqlu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Yunanıstanlı yarımmüdafiəçi daha sonra bildirib: "Rəqibimizin aqressiv futbol oynadığını bilirik. Çox yaxşı müdafiə olunmalıyıq. Ancaq özümüzə inanmaq üçün hücum da etməliyik. Yaxşı bir addım atmaqdan ötrü hər şeyi edəcəyik"


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner