"Musa Al-Tamarinin oynayıb-oynamayacağını bilmirik. O oynamasa, 3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik. Yeniliyə ehtiyacımız var. Məşqlərdə digər sistemlərdən də istifadə edirik. Rəqib 11 ildir eyni baş məşqçi ilə çalışır. Onlarla oyuna hazır olmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri Kiprin APOEL klubunun baş məşqçisi Paolo Tramezzani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ağdam klubu topa sahib olmağı xoşlayır: "Onlar matça nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidir. onlar hər oyunda demək olar ki, 67 faiz topa sahibdirlər. Mübarizə aparmalıyıq. Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Özümüzə inanıram. Oyunçuların eyni ruhla oynayacağını düşünürəm".
Tramezzani üç müdafiəçi ilə meydana çıxmaq barədə də danışıb: "Bizim necə oynayacağımız önəmli deyil. Mən buraya gəldikdən sonra bu sistemlə mübarizə apardıq və "Apollon"u məğlub edə bildik. Biz daha çox qol vurduq və daha az buraxdıq. Sabah çətin bir işimiz var. Əsas sistem deyil. 10 müdafiəçi ilə oynaya və qol vura bilərik. Bu, ən yaxşı sistem olmaya bilər. Ancaq bizə inam verir və özümüzü bununla rahat hiss edəcəyik".
Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer