"Barselona"nın futbolçusu Filipe Koutinyo karyerasını "Arsenal"da davam etdirə bilər.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, yaxın vaxtlarda iki klubun nümayəndələri arasında görüş keçiriləcək. Görüş zamanı transfer şərtləri müzakirə olunacaq.
Qeyd edək ki, "Barselona" braziliyalı yarımmüdafiəçinin təzminat qiymətini 100 milyon avroya endirib. Kataloniya təmsilçisinin 27 yaşlı oyunçunu 25-30 milyon avroya icarəyə göndərməyə də hazır olduğu bildirilib.
Xatırladaq ki, Koutinyo 2018-ci ildə "Liverpul"dan "Barselona"ya transfer olunub.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı