"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.
Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" "Lester"in müdafiəçisi Harri Maquayrın transferi ilə bağlı razılığa gəlib. Razılığa əsasən, "MY" 80 milyon funt sterlinq (təqribən 87.3 milyon avro) təzminat ödəyəcək.
Bu transfer gerçəkləşəcəyi təqdirdə, 26 yaşlı ingilis oyunçu futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırkı rekord 2018-ci ildə 75 milyon funt sterlinqə (təqribən 81.9 milyon avro) "Sauthempton"dan "Liverpul"a transfer olunan Vircil van Deykə məxsusdur.
Qeyd edək ki, Harri 2017-ci ildən "Lester"də oynayır.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı