"Barselona"nın futbolçusu Malkomun "Zenit"ə keçidi rəsmiləşib.
Qol.az-ın Sankt-Peterburq klubunun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Rusiya mətbuatı bu transfer üçün "Zenit"in 40 milyon avro təzminat ödəyəcəyini yazıb. Klub əlavə 5 milyon avro da bonus verəcək. Braziliyalı oyunçunun isə yeni klubunda ilinə 8 milyon avro qazanacağı bildirilib.
Qeyd edək ki, Malkom ötən mövsüm La Liqada 15 oyunda 1 qol vurub, 2 qolun ötürməsini verib.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı