"Neftçi"nin futbolçusu Rauf Əliyev Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, 30 yaşlı hücumçu öncə oyunu şərh edib.
- Nəticə gözlənilməz oldu. “Arsenal” kimi komandaya 3:0 hesablı qalib gəlmək çox yaxşı nəticədir. Əsas odur ki, mərhələni keçdik. Bizə inanmayanlara cavab oldu. Çox adam inanmırdı. Ruslar da inamırdı ki, “Neftçi” bu mərhələni keçər. Ancaq biz mərhələni adladıq, sevinirik.
- Komanda hansı hesaba oynayırdı?
- Əsas odur ki, turu keçək. Hər şey istədiyimiz kimi oldu.
- “Neftçi”nin ilk dəqiqələrdəki oyunu media mənsubları və azarkeşlərdə bir qədər inamsızlıq yaratmışdı. Bu, həyəcandan irəli gəlirdi?
- Gözləyirdik ki, “Arsenal” ilk dəqiqələrdən təzyiq edəcək. Rəqib də belə başladı. Ola bilər ki, azarkeşlərimiz önündə bir az həyəcan vardı. Müəyyən top itkiləri olurdu. Ancaq əsas sonluqdur və biz də buna nail olduq.
- Rəqib futbolçusu Gia Qriqalava ilk oyunda olduğu kimi, yenə də sizinlə tez-tez mübahisə edirdi. Sizi təxribata çəkirdi?
- Xeyr, əksinə idi. Mənimlə daha yaxşı idi. Yaxşı söhbətlər olurdu. Hər şey meydanda qaldı, biz qalib gəldik.
- Qol epizodunda soyuqqanlı davrandın. Həyəcanlı deyildin?
- 21 yaşımız yoxdur ki, belə anda həyəcanlanaq. Şükürlər olsun ki, hər şey yaxşı oldu, qol vurduq, komanda qalib gəldi. Uşaqlar meydanda yaxşı mübarizə apardı. Hər şey əladır!
- Qol vurmamağın səni sıxırdı?
- Əlbəttə, istər-istəməz bunun təsiri olur. Hücumçusan və hər kəs səndən qol gözləyir. Bir az rahatlaşdım.
- Növbəti raundda rəqibiniz İsrailin “Bney Yehuda” klubu olacaq. Çoxları fikirləşir ki, bu komanda “Arsenal”dan daha zəifdir. Sizin fikirləriniz necədir?
- O qədər də məlumatımız yoxdur. “Arsenal”la oyunlara köklənmişdik. Yəqin ki, sabahdan maraqlanarıq. Bizi üçüncü mərhələdə gözləyirlərsə, bu da onların gücündən xəbər verir. Yəqin ki, məlumat toplayacağıq.
- Mərhələ keçdikcə inam artır. Qruplara düşəcəyinizə inamınız var?
- Yavaş-yavaş, mərhələ-mərhələ fikirləşsək, daha yaxşı olar. Qrup mərhələsini düşünmək də futbolçuya zərbə vura bilər. İsrail təmsilçisini fikirləşməliyik.
- “Neftçi”nin “Arsenal”ı məğlub etməsi Azərbaycan çempionatının Rusiya Premyer Liqası üzərində qələbəsi kimi adlandırmaq olar?
- Gəlin, bu çempionatları bir etməyək. Rusiya Premyer Liqasının səviyyəsi bəllidir. “Arsenal” Rusiyanın orta səviyyəli komandasıdır. Biz qalib gəldik, ancaq o demək deyil ki, “Neftçi” Rusiya çempionatından yüksəkdir. Əlimizdən gələni etdik, qalib gəlib, mərhələ adladıq. Hər şey əladır. (Report)
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri