"Qəbələ"də ciddi itki - xəstəxanaya aparıldı
“Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Gürcüstanda Tiflis “Dinamo”suna qarşı cavab qarşılaşmasında ciddi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, hazırda davam edən matçın 40-cı dəqiqəsində komandanın müdafiəçiləri - Rasim Ramaldanovla İvitsa Zuniç kəllə-kəlləyə toqquşub.
Zuniç toqquşmadan sonra huşunu itirib. Meydana hər iki komandanın həkimləri daxil olub, tibbi yardım ediblər. Xorvatiyalı futbolçu xərəkdə meydanı tərk edib. 30 yaşlı futbolçu ambulans maşınıyla xəstəxanaya aparılıb. Zuniçin əvəzinə meydana Sadiq Quliyev daxil olub.