Şəhriyar gerilədi - şahmatçılarımızın yeni reytinqi

Şəhriyar gerilədi - şahmatçılarımızın yeni reytinqi
XƏBƏR 1 Avqust 2019 / 12:10 1884
-  A +

Beynəlxalq Şahmat Federasiyası (FİDE) avqust ayı üçün reytinq siyahısını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iyul ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 1 pillə geriləyib. O, 2764 reytinqlə 9-cudur.
Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 12-ci (2758), Arkadi Naydiç 62-ci (2675), Qədir Hüseynov (2654) isə 97-102-cü pillələri bölüşdürür.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2425) 41-cidir. Xanım Balacayeva (2367) isə 97-cidir.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2882) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2818) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner