"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qalib gəldikləri matçla bağlı danışıb.
- Bu gün gözəl oyuna tamaşa elədik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi. Gözəl oyun oldu, təbrik edirəm.
- “Qarabağ” III mərhələdə Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıra biləcək?
- Bilirsiniz, rəqib güclüdür, büdcəsi də bizdən yuxarıdır. APOEL hörmətəlayiq klubdur. “Qarabağ”ın oyununu bu gün birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdır. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, yekun nəticə nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.
- Azarkeşlərlə polislər arasında insident yaşandı. Bununla bağlı nə tədbir görüləcək?
- Mən də gördüm. Xoşagəlməz şey oldu. Narahat olduq. Ancaq nə olduğunu bilmirəm. Klub olaraq, orqanlarla danışacağıq, məsələnin nə olduğunu öyrənəcəyik. Meydana da azarkeş daxil oldu. Bu da yaxşı hal deyil. Buna görə klubumuz cərimələnir.
- Çempionlar Liqasında mübarizəni dayandırsanız, planlar necə olacaq?
- Avrokuboklarda davam edəcəyik. Gəlin, belə danışmayaq. Qarşıdakı oyunlara diqqətimizi cəmləməliyik. İnşallah, bu oyunlardan uğurla ayrılmalıyıq. Mənim hədəfim budur.
- “Neftçi” APOEL-lə daha öncə qarşılaşıb. Səfər oyununda rəqib azarkeşlər təxribata əl atmışdılar. Dağlıq Qarabağ məsələsi də hallanırdı. Bunu nəzərə almısınız?
- Xeyr, oyunumuzu fikirləşirik. “Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur. Sülhsevər klubuq. Ancaq idmanı, futbolu düşünürük. Təxribatın qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri