“Komandamızda oynayan hər iki gürcü futbolçu bizim üçün vacib oyunçudur. Davit Volkovu ötən mövsümün gedişində komandaya cəlb etmişiksə, Merab Qiqauri bir aydan çoxdur bizə qoşulub. Onlar potensiallarına inandığımız oyunçulardır. Davit komandaya faydalı olub, bizimlə titul qazanıb. Merab isə yoxlama oyununda və son matçda yaxşı təsir bağışladı. Hər iki futbolçu komandamıza tez uyğunlaşdı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsində "Dinamo" (Gürcüstan) ilə cavab oyunu öncəsi mətbuat konfransında deyib.
"Evdə keçirilən ilk matçda məğlub olmuşuq. Gürcüstan çempionatı davam etdiyindən rəqib daha hazırlıqlı görünürdü. Bizdə isə bəzi oyunçularımız ilk dəfə Avropa miqyaslı oyunda iştirak edirdilər, həyəcan hiss olunurdu. Yenilənmiş bir komandamız var. Lakin bura məğlub olmağa gəlməmişik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik” - deyə o bildirib.
S.Qurbanov Tiflis təmsilçisi haqda da danışıb: “Bütövlükdə götürsək “Dinamo” kompakt bir komandadır. Yaxşı çıxış edirlər. Komandanın kapitanı Şengeliya diqqətimi cəlb etdi. O və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Əlbəttə biz də öz futbolçularımıza inanırıq. İlk oyundan sonra rəqibimizi daha yaxşı analiz etmək imkanımız olub. Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hər iki fazada – həm hücumda həm də müdafiədə səhvsiz oynamalıyıq. Rəqib keçilməz deyil. İşimizi çətinə salsaq da, inamımız böyükdür. Çalışacağıq ki, yaxşı nəticə əldə edək”.
Qeyd edək ki, "Dinamo" - "Qəbələ" görüşü sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Gürcüstan klubu 2:0 hesabı ilə qalib gəlib ("Qəbələ"nin saytı).
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer