“Arsenal”ın futbolçusu Məsut Özil Londonda bıçaqlı hücuma məruz qalıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə zamanı Özil həyat yoldaşı Amine Gülşe Özil və komanda yoldaşı Sead Kolaşinaça birgə olub.
Motosiklet kaskı geyinmiş naməlum şəxs restorandan çıxıb avtomobilinə minmək istəyən Özilə bıçaqla hücum edib. Bu zaman o, qapılarını bağladığı avtomobilini yaxınlıqda olan türklərin çalışdırdığı bir restorana sürərək kömək istəyib. Avtomobildən düşən Kolaşinaç isə soyğunçunu zərərsizləşdirməyə çalışıb. Restoranda çalışanların çölə çıxmağından sonra soyğunçu həm futbolçulardan, həm də Məsutun avtomobilindən heç bir qənimət götürə bilmədən hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə dərhal polis çağırılıb. London polisi insidentlə bağlı araşdırma aparır. Hücumun soyğunçuluq məqsədilə edildiyi ehtimal olunur.
Hadisə zamanı futbolçuların heç biri yaralanmayıb.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı