"Bakıda bir qol vursaq, hər şey dəyişəcək” - "Arsenal"ın futbolçusu

"Bakıda bir qol vursaq, hər şey dəyişəcək” -  "Arsenal"ın futbolçusu
XƏBƏR 25 İyul 2019 / 23:45 4645
-  A +

“Hamı uzun müddətdir ki, bu oyunu gözləyirdi. Bütün şəhər və komanda üçün bir bayram idi”.

Qol.az xəbər verir ki, bu sözləri Rusiyanın “Arsenal” klubunun yarımmüdafiəçisi Daniil Lesovoy Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə ilk görüşündən sonra “Championat”a açıqlamasında deyib.

O, evdə 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, mərhələ keçmək şanslarının olduğunu bildirib: “Sabah baş məşqçimizlə görüşüb, söhbət edəcəyik. Cavab oyunu var, səhvlərimizi düzəltməliyik. Şansımız qalır, Bakıda 1 qol vursaq, hər şey dəyişəcək”.

 

 


Son xəbərlər
topaz banner