"Qəbələ" haqqında məlumatımız var. Bilirik ki, onlar çox döyüşkən və Avropa Liqasında təcrübəsi olan komandadır".
Bunu Gürcüstanın "Dinamo" komandasının baş məşqçisi Feliks Visente Miranda "Qəbələ" ilə keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis "Qəbələ"nin bütün mövqelərdə güclü olduğunu söyləyib: "Biz onlara qarşı matçlarda əsasən standart vəziyyətlərdə diqqətli olmalıyıq. Komandanın heyətində Fernan Lopes yaxşı oyunçulardandır. Deyə bilərəm ki, sabah bizi çox çətin və gərgin bir oyun gözləyir".
İspaniyalı məşqçi "Qəbələ"nin Tiflis təmsilçisini 5 il öncə Avropa Liqasında mübarizədən kənarlaşdırdığını xatırladıb: "Bu fərqli bir dövrdür. Rəqibin güclü olduğunu bilirik. Amma biz də sabahkı görüşün əhəmiyyətini dərk edirik. Qarşılaşmaya həddindən artıq motivasiyalı hazırlaşmışıq. Rəqibimizi tanıyırıq və onları analiz etmişik. Bizdə revanş hissi yoxdur. Belə şeylər haqqında düşünmürük. Bizim üçün önəmli olan sabahkı matçı fikirləşməkdir. Başqa hissləri bu oyuna qatmaq istəmirik".
V.Miranda komandaya qoşulan yeni oyunçulardan razı olduğunu da diqqətə çatdırıb: "Biz sadəcə "Qəbələ" ilə matça köklənmişik. Transferlər barədə düşünmək niyyətində deyilik".
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı iyulun 25-də saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tiflisdə olacaq (Report).
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi