"Bavariya" klubunda prezident dəyişikliyi olacaq.
Qol.az-ın "Bild" nəşrinə istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisinin hazırkı prezidenti Uli Heness vəzifəsindən ayrılır. Onun bu ilin oktyabr ayındakı seçkidə namizəd olmayacağı bildirilib.
Artıq Henessi əvəzləyəcək şəxs də məlumdur. "Bavariya"nın növbəti prezidenti "Adidas" şirkətinin İdarə Heyətinin sədri, həmçinin hazırda klubun Nəzarət Şurasında yer alan Herbert Hayner olacaq.
Qeyd edək ki, U. Heness ilk dəfə 2009-cu ildə "Bavariya"nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunan futbol funksioneri vəzifəsindən məcburi kənarlaşdırılmışdı. 2 il sonra isə yenidən prezident olmuşdu. Heness ümumilikdə isə 40 ildir Münhen klubunda çalışır.
Keyn sıradan çıxdı
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı