Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürəcək.
Qol.az xəbər verir ki, iyulun 27-dək davam edəcək festivalda 48 ölkənin idmançıları mübarizə aparacaqlar. Ermənistan festivalda iştirak etmək üçün müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı isə zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb.
Millimiz festivalda 122 idmançı ilə təmsil olunacaq. 14-18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaq. 135 dəst medal sahibini tapacağı yarışlar zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Festivalda idman mübarizəsinə saat 09:00-da Bakı Tennis Akademiyasında start verilib. Fərdi yarışda Azərbaycanı Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov və Tamerlan Əzizov təmsil edirlər. EYOF-da ilk medalçılar isə güləş növündə olacaq. Sərbəst və yunan-Roma güləşində ilkin mərhələ saat 10:30-da, final bölümü isə saat 16:00-da başlayıb. Burada müvafiq olaraq, Murad Haqverdiyevlə (45 kq) Əbülfəz Nəsirov (55 kq) və Fərid Sadıxlı (45 kq) ilə Nihat Məmmədli (55 kq) bacarıqlarını nümayiş etdirirlər.
XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi isə Bakı Kristal Zalında olacaq və 20:00-da başlayacaq.
Tennis
Fərdi yarış
09:00 – 17:00. Alina Hüseynova, Polina Drobışeva, Kənan Qasımov, Tamerlan Əzizov
Bakı Tennis Akademiyası
Güləş
Sərbəst güləş
10:30 – 13:30. Murad Haqverdiyev (45 kq), Əbülfəz Nəsirov (55 kq)
Yunan-Roma güləşi
10:30 – 13:30. Fərid Sadıxlı (45 kq), Nihat Məmmədli (55 kq)
16:00 – 17:30. Medal görüşləri
Heydər Əliyev adına İdman-Konsert Kompleksi
Açılış mərasimi
20:00. Bakı Kristal Zalı
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq